525.Az

Milli Məclisin deputatının maşını ölümə səbəb oldu


 

Milli Məclisin deputatının maşını ölümə səbəb oldu<b style="color:red"></b>

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 58 yaşlı Mariya adlı qadın dünyasını dəyişib. Bildirilib ki, hazırda fakt üzrə araşdırmalar davam etdirilir və müvafiq ekspertizalar təyin edilib.
 
Millət vəkili Aydn Mirzəzadənin avtomobili qəza törədib. Bakı-Astara yolunun 72-ci km-də, Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində millət vəkilinin avtomobili yolu keçmək istəyən piyada qadını vurub. Bu barədə aznews.az məlumat yayıb.
 
Məlumatda bildirilir ki, hadisə baş verən zaman A.Mirzəzadənin yanında millət vəkili Elman Məmmədov da olub.
 
Qəza törədən 10 TD 199 dövlət nömrə nişanlı, “Honda Accord” markalı maşında sükan arxasında millət vəkilinin sürücüsü olub. Hadisə baş verdikdən sonra millət vəkilinin yanındakı şəxslərin, o cümlədən millət vəkili Elman Məmmədovun səfəri yarımçıq qoyaraq, Bakıya qayıtdığı xəbər verilir. A.Mirzəzadə isə hadisə yerində qalaraq yol polisi əməkdaşlarını gözləyib.

Millət vəkili Elman Məmmədov faktı təsdiqləyib.

 





23.01.2013    çap et  çap et