525.Az

“Ded Xasan”ın qətlinin İvanişvili ilə əlaqəsi yoxdur


 

“Ded Xasan”ın qətlinin İvanişvili ilə əlaqəsi yoxdur<b style="color:red"></b>

Rusiyada qətlə yetirilən “Ded Xasan” ləqəbli məşhur avtoritet Aslan Usoyanın ölümündə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin adı hallanır.

Rusiya mətbuatında yer alan məlumatlara görə, “Ded Xasan”ın qətlini İvanişvili sifariş edib.

Məsələ ilə bağlı Gürcüstan parlamentin azərbaycanlı üzvü, İvanişvili hakimiyyətinin əsas tərəfdarlarından olan deputat Əli Məmmədov Modern.az-a açıqlama verib. Kriminal avtoritetin ölümündə baş nazirin adının hallanmasının doğru olmadığını bildirən millət vəkili belə bir sifarişin İvanişvili tərəfindən edilməsi haqda yayılan xəbərləri cəfəngiyyat adlandırıb.

“İvanişvilinin adını belə olaylarda hallanması doğru deyil. Yayılan məlumatlar həqiqətdən uzaqdır”.
Ə.Məmmədovun fikrincə, kimlərsə belə məlumatları qəsdən, İvanişvilini gözdən salmaq məqsədilə yayırlar...

 





23.01.2013    çap et  çap et