525.Az

İsti hava şəraiti iki gün davam edəcək


 

İsti hava şəraiti iki gün davam edəcək<b style="color:red"></b>

Yanvarın 24-25-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim qərb, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 13-18 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8,  gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
 
Havanın maksimal temperaturunun yanvarın 24-də Abşeron yarımadasında və aran rayonlarında 13-18, dağlıq rayonlarda 6-11 dərəcə isti, yanvarın 25-də Abşeron yarımadasında 10-15, aran rayonlarında 11-16, dağlıq rayonlarda 3-8 dərəcə isti təşkil edəcəyi gözlənilir

 





23.01.2013    çap et  çap et