525.Az

Ermənistanın "Göy məscid"i YUNESKO-nun siyahısında


 

Ermənistanın "Göy məscid"i YUNESKO-nun siyahısında<b style="color:red"></b>

Ermənistan İrəvandakı “Göy məscid”in YUNESKO-nun mədəni İrsi siyahısına düşməsi üçün lazımı addımlar atacaq.

ANS PRESS-in erməni saytına istinadən verdiyi məlumata görə, bu haqda Ermənistanın mədəniyyət naziri Asmik Poqosyan açıqlama verib.

Erməni nazir deyib ki, hələ 2012-ci ildə İranda səfərdə olarkən orada erməni tarixi və mədəni abidələrinin necə mühafizə olunduğunu görüb: “İranda olan bir çox erməni abidələri YUNESKO-nun mədəni irsinə daxil edilib. Ermənistan da analoji addım atmalıdır”.

Qeyd edək ki, İrana məxsus İrəvandakı “Göy Məscid” müsəlmanların paytaxtdakı yeganə ibadət evidir. Onu 1776-cı ildə İrəvan xanlığının xanı Hüseynqulu xan Qacar tikdirib

 





23.01.2013    çap et  çap et