525.Az

Afrikanın gənc mütəxəssisləri Azərbaycana gəlir


 

Afrikanın gənc mütəxəssisləri Azərbaycana gəlir

Azərbaycanın Misirdəki səfirliyi, Afrika İttifaqı yanında müşahidə missiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə sentyabrın 23-29-da Afrika İttifaqının rəhbərliyi altında Afrika dövlətlərinin gənc mütəxəssislərinin Azərbaycana səfəri təşkil olunacaq.

Bu barədə 525.az-a Gənclər və İdman Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirib ki, bu səfərdə Afrika İttifaqı Komissiyasının əməkdaşları və Efiopiya, Kamerun, Misir, Benin, Svazilend, Keniya, Sudan, Cənubi Afrika Respublikası, Qabon, Ruanda, Zimbabve, Mozambik, Zambiya, Liberiya, Nigeriya, Qambiya və Qabonun nümayəndələrindən ibarət 19 nəfər iştirak edəcək. Səfərin təşkil olunmasında məqsəd Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti və onun tərkib hissəsi olan gənclərin məşğulluğu, sağlamlığı və təhsili kimi proqramlarla tanış olmaq və Azərbaycanın bu sahədə zəngin təcrübəsini öyrənmək, Azərbaycanın gənclər təşkilatları ilə əlaqələr qurmaq və gələcək birgə əməkdaşlıq sahələrini müəyyən etməkdən ibarətdir.

Səfər müddətində Afrika İttifaqının nümayəndə heyətinin Gənclər və İdman Nazirliyi, Strateji Araşdırmalar Mərkəzi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Gənclər Fondu, "İrəli" ictimai birliyi, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası və "Böyuk İpək Yolu" beynəlxalq gənclər təşkilatında görüşləri nəzərdə tutulub.

S.QARAYEVA

 





21.09.2012    çap et  çap et