525.Az

İƏT-in Parlamentlər İttifaqı Xocalı soyqırımını tanıdı


 

İƏT-in Parlamentlər İttifaqı Xocalı soyqırımını tanıdı<b style="color:red"></b> İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlamentlər İttifaqının (İƏT Pİ) Sudanın paytaxtı Xartum şəhərində keçirilən 8-ci sessiyası başa çatıb.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) İstanbulda yerləşən Baş Qərargahından Lent.az-a verilən məlumata görə, DƏ-İKGF tərəfindən təqdim olunan layihə əsasında “İƏT Pİ və DƏ-İKGF arasında əməkdaşlıq” başlığı altında qəbul olunmuş qətnamənin “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş paraqrafında İƏT-ə üzv 51 ölkənin parlamentlərini öz sıralarında birləşdirən İƏT Pİ Xocalı faciəsini erməni silahlı qüvvələri tərəfindən dinc Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım aktı kimi tanıyıb və faciəni insanlığa qarşı cinayət törədilmiş adlandırıb.
 
Faciəni törədənlərin hüquqi məsuliyyətə cəlb olunmasını tələb edən İƏT Pİ DƏ-İKGF Mədəniyyətlərarası Dialoq üzrə Baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət” beynəlxalq məlumat və təşviqat kampaniyasını vacib hesab edib. Eyni zamanda İƏT Pİ-yə üzv parlamentlərdə hadisəyə müvafiq hüquqi və siyasi qiymətin verilməsi və kampaniyaya dəstək göstərilməsi çağırışı edilib. Sənəd üzv parlamentlərin sədrlərinin və millət vəkillərinin iştirakı ilə yekdilliklə qəbul edilib. 
 
Xatırladaq ki, 2012-ci ilin noyabr ayında Cibutidə keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında da DƏ-İKGF-nin irəli sürdüyü qətnamə əsasında İƏT-ə üzvü 57 ölkənin xarici işlər nazirləri Xocalı faciəsini soyqırımı aktı kimi tanıyıb və faciəni insanlığa qarşı törədilmiş cinayət adlandırıblar. Həmin qətnamədə DƏ-İKGF tərəfindən həyata keçirilən beynəlxalq “İƏT Modeli” proqramına dəstək ifadə edilib, xüsusilə proqram çərçivəsində Milli Gənc Parlamentlər Modeli üzrə iki qurum arasında əməkdaşlıq vacib sayılıb.
 





23.01.2013    çap et  çap et