525.Az

Məhkəmədə vəkil, şikayətçi və prokuror güllələndilər


 

Məhkəmədə vəkil, şikayətçi və prokuror güllələndilər<b style="color:red"></b>

İnsident Filippinin Sebu şəhər məhkəməsində baş verib.

Milli.Az The Star-a istinadən bildirir ki, Kanada vətəndaşı Con Poup başqasının əmlakına bilərəkdən zərər verməkdə suçlandığı məhkəmə salonuna 38 çaplı tapançanı gizlicə keçirə bilmişdi. Məhkəmə iclası başlayandan az sonra Poup tapançanı çıxararaq atəş açmağa başlayıb.

Kanadalını məhkəməyə vermiş həkim Rene Rafols, habelə onun vəkili Culian Aças aldıqları yaralardan yerindəcə həlak olublar. Ağır yaralanmış prokuror Mariya Teresa Kasino xəstəxanaya aparılıb. 65 yaşlı kanadalı müttəhimə məhkəmə salonundakı polis cavab atəşi açıb. Poup aldığı yaralardan xəstəxanada keçinib.

Filippində yaşayan kanadalı Poupla həkim Rafols arasında münaqişə illərdən bəri davam edirdi.
2011-ci ildə Rene Rafols məhkəməyə şikayətlənərək Poupun qanunsuz odlu silah saxladığını bildirmişdi. "Bu şəxs məni, ailəmi və qonşuları sürəkli olaraq silahla hədələyir", - Rafolsun iddia ərizəsində deyilirdi.

Con Poup isə özünümüdafiə məqsədilə silah saxladığını demişdi. "Müttəhimin məhkəmə salonuna silahı necə keçirdiyini araşdırırıq",  - polis komissarı Marselo Qarbo deyib. Filippinin baş prokuroru Klaro Areyano olayı şəxsi nəzarətinə götürdüyünü deyib.

 





23.01.2013    çap et  çap et