525.Az

İran Qahirədə "altılıq"la danışıqlar aparmağı təklif edib


 

İran Qahirədə "altılıq"la danışıqlar aparmağı təklif edib<b style="color:red"></b> İran nüvə proqramı üzrə beynəlxalq vasitəçilərdən ibarət "altılıq" qrupu (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və Almaniya) ilə danışıqları yanvarın sonunda Qahirədə keçirməyi təklif edib.
 
Trend-in çərşənbə günü Fars agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib.

Qeyd edək ki, 2012-ci ildə "altılıq" nümayəndələri və Tehran üç raund (İstanbul, Bağdad və Moskvada) görüş keçiriblər.
 





23.01.2013    çap et  çap et