525.Az

İlham Əliyev Davosda ilk görüşünü keçirib


 

İlham Əliyev Davosda ilk görüşünü keçirib<b style="color:red"></b>

AzərTAc-ın məlumatına görə, Davosa səfər edən prezident İlham Əliyev yanvarın 23-də ABŞ-ın qlobal layihələr üzrə tanınmış konsaltinq şirkəti “Booz&СO”nun baş icraçı direktoru Çezare Maynardi ilə görüşüb. Çezare Maynardi Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafının dövlətdən dəstəklənməsini yüksək qiymətləndirib. O, Azərbaycanda həyata keçirilən genişzolaqlı internet strategiyası və yüksək texnologiyalar parkının yaradılması ilə bağlı layihələrin əhəmiyyətini vurğulayıb.

İlham Əliyev ölkədə neftdən əldə olunan gəlirlərin bir hissəsinin yüksək texnologiyaların inkişafına yönəldildiyini vurğulayaraq informasiya-kommunikasiya texnologiyaları sahəsində özəl sektorun iştirakının daha da genişləndirilməsinin önəmini qeyd edib.

 





23.01.2013    çap et  çap et