525.Az

"Ermənistanın imkanlı və vəzifəli adamları övladlarını Dağlıq Qarabağa göndərmir"


 

"Ermənistanın imkanlı və vəzifəli adamları övladlarını Dağlıq Qarabağa göndərmir"<b style="color:red"></b>

Ermənistanın yüksək vəzifəli məmurlarının övladları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində xidmətə göndərilmir.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, bu, Ermənistanda narazılıqla qarşılanır.

Dağlıq Qarabağdakı erməni separatçılarından biri - Movses Akobyan deyib ki, bu məsələ "püşkatma yolu ilə" müəyyən edilir.

Ermənistanda isə bu püşkatmanın keçirilməsinə ciddi şübhələrin olduğu haqda məlumat yayılıb.

Qeyd edək ki, Ermənistanda yanvarın 8-də qış çağırışı başlayıb.

 





09.01.2016    çap et  çap et