525.Az

Türk qadın bütün Rusiyanı heyrətləndirdi- VİDEO


 

Türk qadın bütün Rusiyanı heyrətləndirdi-  <b style="color:red">VİDEO</b>

Antaliyada 2008-ci ildə yol qəzasına düşərək ağır yaralanan rus əsilli gəncə dörd ildir ki, baxan Gülsüm Kabadayı dünən Rusiyanın ən məşhur "Pust qovoryat" televiziya proqramına dəvət edilib.

Teleqraf.com xəbər verir ki, Türkiyədə yol qəzasında ağır yaralanan rus əsilli gənc xəstəxanaya yerləşdirdikdən sonra heç bir yaxını tərəfindən axtarılmayıb. Elə həmin xəstəxanda öz qohumunu müalicə etdirən türk qadın isə sahibsiz qalan rus gəncə sahib çıxıb. Gülsüm Kabadayı hətta rəsmi şəxslərin köməyilə ona Mustafa Öz adı ilə şəxsiyyət vəsiqəsi də alıb.

Kabadayı uzun müddət sahibsiz gəncin ailə üzvlərini axtarıb.

Bir saata yaxın davam edən proqramda Gülsüm Kabadayı və ailəsinin rus gənclə bir günlük yaşantıları ekrana gətirilib.

Gülsüm Kabadayı studiyaya daxil olarkən, proqrama qatılanlar onu ayaq üstə alqışlayıblar. Görüntüləri izləyərkən isə çoxları göz yaşlarını saxlaya bilməyib.

Proqramın aparıcısı, tanınmış telejurnalist Andrey Malaxov türk qadına xitabən "Rusiya-Türkiyə münasibətləri üçün etdiyinizi nə politoloqlar, nə də siyasətçilər edə bilməz. Dörd il ərzində rus uşağa baxmağa özünüzdə necə güc tapdınız" deyə soruşub.

Gülsüm Kabadayı isə "Allahımdan, dövlətimdən, həkimlərimdən və bütün türkiyəli analardan güc aldım. Allahıma və dövlətimə güvənərək bu işi gördüm. Dövlət və türkiyəli həkimlər məni tək qoymadı. Hər şeyi onlardan öyrəndim" deyə cavab verib.

Poqrama qatılan Rusiya Dövlət Dumasının deputatı Roman Xudyakov isə bu açıqlamalardan sonra sürəkli alqışlanan Gülsüm Kabadayının əlindən öpüb.

Proqramın sonunda Andrey Malaxov da onun əlini öpərək, Ümidı tanıyanların onunla əlaqələ yaratmalarını xahiş edib.

 





23.01.2013    çap et  çap et