525.Az

Ayna Sultanova parkı təmir olunacaq


 

Ayna Sultanova parkı təmir olunacaq<b style="color:red"></b>

Bakının mərkəzi parklarından biri olan Ayna Sultanova parkı təmir olunacaq.

Modern.az-a daxil olan məlumata görə, park əsaslı təmir zamanı bağlanacaq. Binəqədi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Qüdrət Seyfullayevin sözlərinə görə, parkın təmirə dayandırılmasının dəqiq vaxtı dəqiq müəyyənləşməsə də, məsələ icra hakimiyyətinin planına daxil edilib.
 
“Parkın təmiri nəzərdə tutulur. Hazırda parkın təmiri ilə əlaqədar bir neçə layihələr üzərində işlər gedir. Konstruksiyası bitdikdən sonra, smeta dəyəri öz həllini tapdıqdan sonra park təmirə dayandırılacaq”.

 





23.01.2013    çap et  çap et