525.Az

“Dağlıq Qarabağın erməni icması Sarkisyan rejimindən narazıdır”


 

“Dağlıq Qarabağın erməni icması Sarkisyan rejimindən narazıdır”<b style="color:red"></b>

“Dünyada və regionda baş verən münaqişələr Dağlıq Qarabağ probleminin həllinə mənfi təsir edir. Bu vəziyyətdən istifadə edən ermənilər münaqişənin həllinə soyuq yanaşır, status-kvonu qoruyub saxlamağa çalışırlar”.
 
Bu sözləri siyasi ekspert Arzu Nağıyev Yanvarın 10-da Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair iclasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Ekspert bildirib ki, Ermənistan gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmalarını, gah da NATO və Rusiya sərhəddində yerləşmələrini bəhanə edərək 102 saylı briqada və “Erebuni” hərbi aerodromundakı Rusiyaya məxsus hərbi kontingentin və texnikanın artmasını istəyir, bu istiqamətdə çoxsaylı təkliflərlə çıxış edir və məqsədlərinə də nail olurlar.

Serj Sarkisyan və onun komandasının səhra komandirlərindən təşkil olunan cinayətkar dəstə olduğunu diqqətə çatdıran ekspert qeyd edib ki, onlar Dağlıq Qarabağ münaqişəsi üzərindən hakimiyyətə yiyələniblər: “Məhz buna görə də işağçı rejim maksimal dərəcədə hakimiyyətdə qalmağa çalışır. Təbii ki, buna onların havadarları da imkan yaradır”.

A.Nağıyev deyib ki, hazırda Ermənistanla bərabər Dağlıq Qarabağın erməni icması da Sarkisyan rejimindən narazıdır: “Bu amildən cinayətkar rejimə qarşı geniş istifadə etmək lazımdır. Yəni, təcəvüzkarı istər güc nümayiş etdirmək, istərsə də digər yollarla danışıqlar masasına əyləşdirib torpaqların qaytarılmasına nail olmalıyıq”.

Ekspert əlavə edib ki, regionda siyasi, iqtisadi və hərbi böhranın dərinləşdiyini, dini və irqi zəmində münaqişələrin artdığını nəzərə alan Prezident İlham Əliyev 2016 –cı ili multikulturualizm ili elan edib: “Ölkə rəhbərinin qeyd etdiyi kimi, Azərbaycan bundan sonra da regionda sabitləşdirici rol oynamağa davam edəcək. Dövlətimizin dünyaya tolerantlıq dəyərlərinə yaymaqla beynəlxalq sülh və təhlükəsizlik, dostluq və əməkdaşlıq çərçivəsində birgə yaşayışa nail olmaq istəyir. Multikulturizm deyildikdə də məhz ölkədə yaşayan və ya məskunlaşan xalqların nümayəndələrinin mədəniyyət hüquqlarının tanınması nəzərdə tutulur. Məlumdur ki, qarşılıqlı anlaşma olmadıqda dostluq və əməkdaşlıq şəraitində yaşamaq da mümkün deyil. Bunun sonu çəkişmələrdən başlayaraq ən ağır fəsadlara gətirib çıxarır”. 

Ceyhun ABASOV

 





11.01.2016    çap et  çap et