525.Az

Prezident İlham Əliyev bp şirkətinin sədri ilə görüşdü


 

Prezident İlham Əliyev bp şirkətinin sədri ilə görüşdü<b style="color:red"></b> Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yanvarın 23-də Davosda bp şirkətinin sədri Karl-Henrik Svanberq ilə görüşü olub.
 
525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə bp şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın davam etməsindən məmnunluq ifadə olunub. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Trans-Anadolu qaz boru kəməri (TANAP) layihələri üzrə əməkdaşlığımızın uğurla həyata keçirildiyi vurğulanıb, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə edilib.
 
Görüşdə Azərbaycan ilə bp şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
 





23.01.2013    çap et  çap et