525.Az

“Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”


 

“Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”<b style="color:red"></b> Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir.
 
"ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.
 
Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə,  Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: “Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik”.
 





14.01.2016    çap et  çap et