525.Az

Mircavid Həsənov: “Böhran iqtisadiyyatın sanitarı rolunda çıxış edir”


 

Mircavid Həsənov: “Böhran iqtisadiyyatın sanitarı rolunda çıxış edir”<b style="color:red"></b>

“Böhran zamanı ölkə iqtisadiyyatının daha zəif tərəfləri ortaya çıxır. Bərpa edilə bilməyən iqtisadi subyektler məhv olur, daha güclülər ayağa qalxır, yeni anti-böran kampaniyaları həyata keçirilir”.

Bu sözləri Azərbaycan Dövlət İqtisad Universitetinin İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı ekspert Mircavid Həsənov deyib.

Onun sözlərinə görə, böhran çoxlarına fəlakət kimi görünsə də əslində iqtisadiyyatın sanitarı rolunda çıxış edir: “Məsələn, 1929-1933-cü illərdə ABŞ-da baş verən iqtisadi böhran – böyük deprasiya sonradan bu dövlətin inkışafına səbəb olub. Məhs ABŞ-da baş vermiş böyük depressiyadan sonra ABŞ höküməti kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün yeni sənaye parklarının və biznes inkubatorların yaradılmasına start verib”.

Ölkə başçısı İlham Əliyevin regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi yönündə yeni tapşırıqlar verdiyini bildirən M.Həsənov söyləyib ki, qeyri-neft sektorun inkişafı hazırda dövlətin prioritet istiqamətlərindən birinə çevrilib.

İqtisadçı ekspert hesab edir ki, regionlarda ilk olaraq biznes inkubatorların yaradılması istiqamətində iş aparılmalıdır: “Bu tip biznes inkubatorlar regionda yalnız kənd təsərrüfati sahəsində deyil, digər sahələrdə də bizneslərin qurulmasına təkan verəcək. Hazırda Azərbaycanda bir neçə biznes inkubatorlar var ki, bunların təcrübəsindən və insan resurslarından istifadə edərək regionl biznes inkubatorlar yaradmaq mümkündür. Regionlarda bələdiyyələrin nəzdində biznes inkubator, texnoparklar fəaliyyət göstərməlidir. Çünki biznes inkubatorlrdan çıxan kiçik şirkətlər texnoparklara köçərək daha münbit şəraitdə öz inkişaflarını davam etdirə bilərlər. Bir sözlə, regionlarda biznes inkubatorlarla texnoparklar paralel fəaliyyət göstərməlidir”.

M.Həsənov əlavə edib ki, bu gün Bakıda regionlardan gəlmiş kifayət qədər ixtisaslı İT mütəxəssiləri var: “Əgər bölgələrdə texnoparklar movcud olarsa, həmin mütəxəssislər öz regionlarında fəaliyyət göstərək, bizneslərini yaradar və bununla da əhali üçün yeni iş yerləri açılar”.

Ceyhun ABASOV

 





14.01.2016    çap et  çap et