525.Az

İsmayıllı aksiyasından ilk video


 

İsmayıllı aksiyasından ilk<b style="color:red"> video</b>

İsmayıllı şəhərindəki “Çıraq” otelinin qarşısında keçirilən etiraz aksiyası davam edir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, aksiyaçıların bir hissəsi İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun evinin qarşısına toplaşıb. Onlar icra başçısının istefasını tələb edirlər.

Məlumata görə, icra başçısının həyətindəki yardımçı tikililərdən biri və bir maşın, motosikl yandırılıb.
 
Əraziyə yanğınsöndürmə qüvvələri və polis cəlb edilib.
 
Dəqiqləşdirilməmiş məlumatlara görə, hadisə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu və icra başçısı Nizami Ələkbərovun oğlunun yerli əhalidən olan bir neçə gənclə münaqişəsi nəticəsində yaranıb və böyüyüb.      


 





24.01.2013    çap et  çap et