525.Az

Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış


 

Rusiya XİN-dən Azərbaycan və Ermənistana çağırış<b style="color:red"></b> “2015-ci ildə Dağlıq Qarabağda dinc sakinlər arasında çoxlu sayda ölüm və yaralanma halları ilə nəticələnən silahlı insidentlərin çoxalmasının şahidi olduq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
"Vəziyyət ciddi narahatlıq doğurur. Prosesin sürətləndirilməsinin vacibliyindən çıxış edərək atəşkəs rejiminin bərqərar olması üçün tərəfləri danışıqları aktivləşdirməyə çağırırıq", - deyə o vurğulayıb.
 





14.01.2016    çap et  çap et