525.Az

"Günəşli" yatağında baş verən qəza hasilata ciddi təsir göstərib"


 

"Günəşli" yatağında baş verən qəza hasilata ciddi təsir göstərib"<b style="color:red"></b> “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş və çoxsaylı insan itkisi ilə xalqımıza ağır faciə yaşatmış qəza hasilata da ciddi təsir göstərib.
 
“APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.
 
"Qəza nəticəsində özüldə günlərlə davam edən yanğının hasilata mənfi təsirləri, şübhəsiz ki, gələn ilin göstəricilərində öz əksini tapacaq.

Qarşıya çıxan bütün çətinliklərə baxmayaraq fədakar Azərbaycan neftçiləri öz fəaliyyətlərini əzmlə davam etdirərək, neft tariximizə yeni-yeni uğurlar bəxş etməkdədirlər", - deyə nazir qeyd edib.
 





15.01.2016    çap et  çap et