525.Az

Bakıda 22 yaşlı oğlan həmyaşıdını öldürüb


 

Bakıda 22 yaşlı oğlan həmyaşıdını öldürüb<b style="color:red"></b>

Ötən gün saat 19:30 radələrində Bakının Yasamal rayonunda qonşular arasında baş vermiş mübahisə qanlı sonluqla yekunlaşıb.
 
Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Yasamal rayonu, I Alatava küçəsi, ev 115 ünvanında yaşayan 1991-ci il təvəllüdlü Zaur Çingiz oğlu Zəkiyev qonşusu, 1991-ci il təvəllüdlü Aqşin İlham oğlu Qurbanovu öldürüb.

Hadisə onlar arasında yaranmış mübahisə nəticəsində baş verib. Zaur Zəkiyev Aqşin Qurbanova dayanmadan dalbadal bıçaq zərbələri endirib. A.Qurbanov hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır

 





24.01.2013    çap et  çap et