525.Az

Dəyərli bir kitab haqqında dost qeydləri


 

Dəyərli bir kitab haqqında dost qeydləri

Tofiq RƏSULZADƏ

Borçalı bölgəsi, Faxralı kəndi

Bakıya
gəldiyim günün səhəri orta məktəbdə bir sinifdə oxuduğumuz mehriban bir dostumu görmək arzusu ilə  Azərbaycan Yazıçılar Birliyinə üz tutdum. İkinci mərtəbədə bir nəfərdən Abbas Abdullanın hansı otaqda olduğunu soruşdum o, mənə həmin otağı göstərdi. Birinci gedişim uğursuz oldu əziz dostumu görə bilmədim.

 

Aradan bir neçə gün keçdi onu öz otağında tapdım. Hər şeydən əvvəl divardakı lövhələrə fikir verdim. Bu otaq şair Fikrət Sadıq, şair Balaş Azəroğlu Beynəlxalq ədəbi əlaqələr şöbəsinin müdiri şair Abbas Abdullanın idi.

 

İçəri girərkən şair Fikrət Sadığı əziz dostum şair Abbas Abdullanı gördüm. Abbasla görüşdük, öpüşdük, bir az da köhnə xatirələri yada saldıq. Həmin anlarda mənim sevincimin həddihüdudu yox idi. Ən azı Abbası 15 ildən çox idi görmürdüm.

 

mən ayrılıb evə dönəndə Abbas müəllim mənə özünün 2007-ci ildə çapdan çıxmış türklük Türk dünyasına şeirlərindən seçmələri özündə əhatə edənUrum-Kırım arasıkitabını bağışladı.

 

Bu kitabda Abbas Abdulla haqqında böyük şəxsiyyətlərin müsbət fikirləri verilmişdir. Digər tərəfdən onlar çalışmışlar ki, canı ilə, Qanı ilə Böyük Türkçü olan Abbas Abdullanın daxilini açsınlar buna da çox gözəl nail olublar. artıq bir söz, təmtaraqlı təriflər.

 

Bunlardan bir neçəsini arasıra verməyi özümə borc bildim.

 

Elçibəy: “ yaxşı ki, bizim Türk dünyamızın Abbas Abdullası var”.

 

Anar: “Abbas Abdulla gerçəkdən türkçüdür, indi türkçüdür, qırx il bundan qabaq da türkçü idi. Doğulub göz açdığı torpağın ab-havasında, körpəlikdən eşitdiyi dilin dadındaduzundadır bu türkçülük”.

 

İndi isə istəyirəm bir oxucu kimi şeirlərdən aldığım ləzzəti öz biliyim əhatəsində təhlil edim.

 

1989-cu ildə yazılmışAnkaraşeirinin dolğunluğuna fikir verin. Görün, şair Ankarada olduğuna türkcə danışdığına bunun Azərbaycan dili ilə eyni olduğuna görə sevinc hissləri keçirir:

 

 

Ankarada

 

1984 Aralıkda

 

Heç bir şey yoxdu ortalıqda.

 

Sevgi vardı

 

Sayqı vardı,

 

Birbirimizə qayğı vardı.

 

Bir eyni dildə qonuşmanın

 

Bəxtiyarlığı vardı.

 

 

Türkiyədə olan bütün şəhərlər Abbas Abdulla üçün doğmadır, əzizdir.

 

İstanbulşeirinin sonluğu çox maraqlıdır.

 

 

Çox gözəl tanıyıram bu şəhəri

 

cocuq ana-babasını tanıyan kimi.

 

 

Şeirdəki axıcılığa bax, şeirdəki gözəl bənzətməyə bax: uşaq ana-babasını tanıyan kimi.

 

Şair, izmirli şərqiçi Maraş Nacaroğluya həsr etdiyiİzmir –1988” adlı şeirində bu şəhərə olan sevgisini isə belə bildirir:

 

 

Qucağında hər mutluluq,

 

Göy mutluluq, yer mutluluq.

 

Yaşamağın bir mutluluq,

 

Ölməyə bu yer gözəl.

 

 

Adətən folklordan süzülüb gələn bayatılarımızda belə deyilir:

 

 

Əzizim Vətən yaxşı,

 

Geyməyə kətan yaxşı.

 

Gəzməyə qürbət ölkə,

 

Ölməyə Vətən yaxşı.

 

 

Görürsünüzmü, şair İzmiri doğulduğu, boya-başa çatdığı Borçalının ən böyük kəndlərindən biri olan Kəpənəkçi kəndi ilə eyniləşdirir, hər ikisini özü üçün doğma Vətən sayır.

 

Başqa bir şeirindəƏli Yavuz Akpınara həsr etdiyiİzmirmart 1990” adlı şeirində rus qoşunlarının Bakıda törətdikləri vəhşiliklərdən, günahsız cavanların ömürlərini şəhidliyə qurban vermələrindən təsirlənən şair, Əli Yavuz Akpinara müraciətlə deyir:

 

 

Bəxtimiz qaralandı,

 

Bakımız yaralandı.

 

Məzarlar sıralandı

 

Köksündə dağlar kimi.

 

 

Üstündən illər keçməsinə baxmayaraq, öz canlarını Vətənin azadlığı uğrunda qurban vermiş cavanlar yada düşür adamı ağlamaq tutur. Abbas Abdulla sevilib- seçilən şairdir. O, yığcamlığı sevir, uzunçuluqdan qaçır, böyük məna kəsb edən kəsərli, tutarlı söz deməyi bacarır.

 

Türkmənistanlı şair alim Nazar Güllayevə müraciətlə yazdığıTürkmən dastanında onun Nəsimi türkmən şairidir üçün ona sahib çıxırsınız? – sualından şair incimir, əksinə bizim hamımızın türksoylu olduğumuzu ona başa salır kökü türk olan dahiləri sənin ya mənim deyə bölmür:

 

Parçalama Türkmənin soyunu,

 

Uzun sürür bu dünyanın oyunu,

 

Gəl bir içək bir bulağın suyunu

 

Çox sənindir, kəm mənimdir, nəm mənim.

 

 

Qulağında Nəsiminin səsimi?

 

Məhdumqulu mənim olsun bəsimmi?

 

Yabançılar yemimizi yesinmi?

 

Yem sənindir, yem mənimdir, yem mənim.

 

 

Nəfəsim gəlirşeirini ürək ağrıları ilə oxumamaq mümkün deyildir:

 

 

Abbasam, yoluma göz dikib elim,

 

İraq düşmüşlərə yetməyir əlim.

 

Dodaq kilidlənib, quruyub dilim,

 

Çox da ki canlıyam, nəfəsim gəlir.

 

 

Ümumiyyətlə, bu kitabda yaxşı, ya da pis şeir sözü işlətmək insafsızlıqdır. 1995-ci ildə Türkiyənin Bayburt şəhərindəDədə Qorqudgünləri keçirilərkən Abbas Abdullanın dediyi bir şeiri çox maraqlıdır. Şeirin ikinci bəndində belə deyilir:

 

 

Qarabağda bülbüllərim ötməz olub,

 

Millətimin çilələri bitməz olub,

 

Türk əsgəri türk yurduna getməz olub,

 

Vətən olsa dosta məzar, düşmənə yurt,

 

De sən nəsin, de sən nəsin, nəsin Bayburt!

 

 

Şair şeirin bu bəndində türkü Qarabağı düşmənlərdən azad etməyə çağırırsa, axırıncı bənddə gözəl bir sonluq verir Ulu Tanrıdan arzu edir ki, Qarabağ öz gücümüzlə, qeyrətimizlə düşmənlərdən azad olunsun Bayburt Qarabağda keçirilən zəfər bayramında iştirak etsin:

 

Hacaloğlu ozan Abbas Abdullahım,

 

Zəfər günü açılacaq hür sabahım,

 

Göstər bizə o günləri, ey Allahım,

 

Boy boylasın, soy soylasın Dədəm Qorqud.

 

Qarabağın şöləsinə getsin Bayburt.

 

 

Şübhəsiz ki, şair çox gözəl duyub. Böyük Allahın köməyi ilə özümüz qurtaracaq bu bəladan zəfər bayrağını Şuşada açarkən bütün Türk dünyasını dəvət edəcəyik.

 

Bu kitabı oxumamışdan əvvəl mənə demişdilər ki, Abbas Abdulla bir neçə dəfə ürəkdən əməliyyat olunub. Fikrimdən nələr keçdi... Haqsızlıqlar, ədalətsizliklər dağ boyda, ürək isə yumruq boyda.

 

Elə ürək dedim, yadıma gürcü xalqının məşhur yazıçısı Nodar DumbadzeninƏbədiyyət qanunuromanı düşdü. Bəlkə bu romanı oxuyanların yadındadır: Respublikada sayılıb-seçilən qəzetlərin birində mafiozlar haqqında məqalə getməlidir. Bundan mafiozların xəbəri olur redaktora təsir etməyə çalışırlar. Ona yarım milyon pul təklif edirlər, redaktoru öz sevimli qadını ilə restoranda təhqir edəyirlər s. Bir sözlə, onu sındıra bilmirlər. Ancaq ürək bunlara dözə bilmir redaktor xəstəxanaya düşür.

 

Yaxşı professorlar onu müalicə edirlər. Günlərin bir günü həkimlər redaktoru evə yazmalı olurlar. Professor redaktora yanaşıb necə müalicə olunduğunu soruşur. Redaktor öz razılığını bildirir professora cavab verir ki, mən nəinki burada yaxşı müalicə aldım, eyni zamanda, burada bir qanun da icad etdim. Professor soruşduqda ki, sənin qanununun bir formulası varmı? Redaktor: – Var, – deyə cavab verir bu qanunun formulasını ona başa salmağa çalışır, deyir: “Mən burada müəyyən etdim ki, insanın ürəyi, qəlbi onun bədəninin çəkisindən yüz dəfə ağırdır bu ağırlığı gəzdirmək bir adamın işi deyildir. Odur ki, biz insanlar qədər ki, sağıq, bir-birimizə kömək etməliyik. Bir-birimizin ürəyini, qəlbini əbədiləşdirməli ölümsüzlüyə aparmalıyıq. Mən sənin, sən onun, o başqasının s. Yoxsa ölüm hər birimizi ayrılıqda tutub məhv edəcək”.

 

Elə ürəklə bağlı ikinci bir məsələ yadıma düşdü. Mən, Sovetlər Birliyi dövründə Gürcüstan KP MK-nın nəzdində daim fəaliyyət göstərən kurslarda iştirak edirdim. Müxtəlif sahələrin məşhur alimləri bizə mühazirələr oxuyurdular. Bir professorun dediyi sözləri bu gün yadımdadır. O, qəfil ölümdən söz saldı dedi ki, mən bu terminin əleyhinəyəm. Bizi bir az yerində hirsləndirirlər, qəlbimizə dəyirlər. Avtobusda digər nəqliyyat vasitəsi ilə evə qayıdarkən hansı kobudsa səni təhqir edir. Bir sözlə, evə gəlib çatırsan düşünürsən ki, artıq dincəlmək olar elə bu vaxt həyat yoldaşın əyər-əskiklərdən danışır, əvvəlkilərdən bərk qanını qaraldır. hər dəfə stress keçirdikcə, insanın bədənində hormonlar əmələ gəlir ürəyin tellərini yeyib dağıdır, onu məhv edir.

 

Bir o adamların ürəyi tez sıradan çıxır ki, onlar qohumları, yaxınları, dostları çətinliyə düşərsə, o həyəcanı, onların keçirdiyi stressi o da keçirir. Sözün düzü, Abbas Abdullanıtəcili yardıma bənzətmək olar. Türk dünyasında bir dara düşən varsa Abbas onun dərdini çəkir. Burada Qarabağın, orada Borçalının...

 

Abbas həmişə sülh tərəfdarıdır. İzmirdən Hüseyn Tüncər belə yazır: “... şeirlərində yazılarında Azərbaycan türkçəsiylə Türkiyə türkçəsini birləşdirməyə çalışan şair doğmalaşdırma tərəfdarədar”.

 

Ağəddin Mansurzadənin fikirləri daha çox maraqlıdır. O yazır: “... Abbas bu gün bir Azərbaycana sığışmır. o, bütöv bir Türk dünyasının xəritəsini yaratmaq arzusu ilə yaşayır”.

 

İçərisində, ürəyində, qəlbində neçə-neçə hazır əsərlər yatan Abbas Abdulla hansı səbəbdənsə susmağı üstün sayır:

 

 

Dilim var, lal kimi susan olmuşam,

 

Dəryalar içində suzan olmuşam,

 

Dərd çəkib, qəm yeyib, ozan olmuşam

 

Bu dərdim, bu qəmim sazda deyilməz.

 

 

Şairin Vaqif Səmədoğluna məktublar silsiləsindən şeirlərində pessimizm duyulur:

 

 

Gülmək istər güləməz,

 

Haqdan heç diləməz,

 

Ölmək istər öləməz

 

Bir gün ölməli qardaş.

 

 

Həmişə nikbin duyğularla yaşayan, öz duzluməzəli söhbətləri ilə adamı valeh edən Abbas Abdullanın neçə illər bundan əvvəlki şuxluğu yadıma düşür.

 

Görün Abbas Abdulla kimdir?

 

Şair, yazıçı, jurnalist, tərcüməçi, pedaqoq, ictimai xadim s. Bu qədər titulu olan şəxs ancaq ancaq sevinməlidir. O, nəinki Azərbaycanın, eləcə Türkiyənin, Ukraynanın, Gürcüstanın bütün Türk dünyasının şairidir. Bizim üçün böyük fəxrdir ki, Abbas Abdulla böyük türk şairi Nazim Hikmətin, böyük Azərbaycan şairi Rəsul Rzanın davamçısıdır. Heç təsadüfi deyildir ki, başının üstündə Nazim Hikmətin portreti asılmışdır.

 

1986- ildə bir tələbə yoldaşımın yerinə getmişdim. Onun idarəsi keçmiş Respublika Xalq nəzarəti Komitəsiylə üzbəüz binada yerləşirdi. Elə yenicə oturub tələbəlik illərindən xatirələri yada salırdıq, bu vaxt qapı açıldı mənim kimi arıq, saçlarına dən düşmüş bir nəfər içəri girdi. Tələbə yoldaşım mədəniyyət xatirinə bizi tanış etdi. Mənim Gürcüstanlı olduğumu onunsa ədəbiyyatımızın qartalı yazıçı Süleyman Rəhimovun oğlu yazıçı Şamo Arif olduğunu bildirdi. Mən ədəbiyyata ədəbiyyatçılara böyük sevgi bəslədiyimdən, onunla şirin söhbətə başladım söz arası: “Bizim eloğlulardan deyə bilərsən? – sualını verdim. Eloğlular deyəndə kimi nəzərdə tutursunuz? – dedi. Mən o vaxtlar keçmiş SSRİ məkanında Maksim Rilski adına mükafata layiq görülmüş Abbas Abdullanın adını çəkdim dedim ki, bu mükafatla ikicə adam mükafatlanmışdır ki, onun da biri mənim dostum Abbasdır.

 

Şamo Arifin mənə cavabı belə oldu: “Əziz dost! Bir mükafat adı çəkdin, əsl insanı, əsl kişini mükafatla tanımazlar. O, mənim üçün əsas meyar deyildir. Amma qurban olum Abbasa. Analar oğul doğanda Abbas kimi oğullar doğa”.

 

Şamo Arifin bu qiyməti mənim üçün ən uca bir zirvəni fəth etməyə bərabər idi. bir daha başa düşdüm ki, hamı paxıl deyilmiş, insanlar arasında qədirqiyməti verənlər var imiş.

 

Heç kitabın adından söz açmadım. Borçalı bölgəsində uşaqlıq vaxtından yadımdadır. Bir məşhur adamdan, yaxud yaxşı, xeyirxah adamdan söhbət gedəndə belə deyirdilər ki, flankəs çox məşhur adamdır belə adam heç Urumda-Kırımda da yoxdur.

 

Abbas müəllim! Siz Böyük Türk dünyasının poeziya aləmində öz yeri, öz mövqeyi olan şəxssiniz. Siz Ukraynanın fəxri vətəndaşısınız. Özünüz dediyiniz kimi Urum-Kırım arasında məşhur adamsınız. Mən şair ya yazıçı olsaydım mənə təklif etsəydilər ki, “xalq yazıçısı”, “xalq şairifəxri adımı seçərdin, yoxsa Urum-Kırım arasındakı hörməti, izzəti? Mən düşünmədən ikincini seçərdim.

 

Əziz dostum! Tanrım muradınızı versin, ilhamınız sönməsin, Sizdən neçə-neçə yeni əsər gözləyirik. Ruhdan düşmək olmaz. Çünki Siz milyonlarla ürəklərdə yaşayırsınız.

 

Özümün yazdığım, bəlkə şeiriyyətdən uzaq olan bir şeirimlə öz fikirlərimi tamamlamaq istərdim.

 

 

Öz yazınla kitabları bəzə sən,

 

Dünyamızı qarış-qarış gəzəsən,

 

Çətinliyə, qardaş, gərək dözəsən,

 

Şan-şöhrətin, adın-sanın mübarək,

 

Söz mülkündə öz ünvanın mübarək!  
 





21.09.2012    çap et  çap et