525.Az

"Bank of Azerbaijan"ın lisenziyası ləğv edildi


 

"Bank of Azerbaijan"ın lisenziyası ləğv edildi<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə məcmu kapitalın minimum məbləği tələbinə əməl etmədiyinə, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olduğuna, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etmədiyinə görə “Bank of Azerbaijan” ASC-nin bank lisenziyası ləğv edilib.

"Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, “Banklar haqqında” qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib.

AMB bildirir ki, “Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.

 





18.01.2016    çap et  çap et