525.Az

"Təklif etdiyimiz valyutanın hamısı alınmadı"


 

"Təklif etdiyimiz valyutanın hamısı alınmadı"<b style="color:red"></b> "Həm Azərbaycan Dövlət Neft Fondu, həm də Mərkəzi Bank valyuta bazarında aktiv çalışırlar".
 
"APA-Economics"in xəbərinə görə, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
 
Mərkəzi Bank sədri qeyd edib ki, atılan vacib addımlardan biri bankdan kənarda valyuta mübadiləsi aparan məntəqələrin ləğvi olub:

"Həmin məntəqələr müəyyən ajiotaj yaradırdı. Əlləri təmiz olmayan müəyyən möhtəkirlər valyuta kursunun qaldırılması istiqamətində çalışırdı. Lakin, siz görürsünüz ki, hazırda valyuta bazarında situasiya sabitləşib.

Digər tərəfdən atdığımız addımlar bütövlükdə bazarın valyutaya olan ilkin ajiotaj tələbatının, psixoloji tələbatının ödənilməsidir. Dünənki son auksionda bizim təklif etdiyimiz valyutanın hamısı alınmadı.

Dəvət etdiyimiz 35 bankdan cəmi 28 bank auksionda iştirak etmişdi. Bu onu göstərir ki, bazarda artıq sabitləşmə prosesi gedir. Lakin məzənnə üzür, üzməkdə davam edir".
 





19.01.2016    çap et  çap et