525.Az

Qənirə Paşayeva Saakaşvili ilə görüşüb


 

Qənirə Paşayeva Saakaşvili ilə görüşüb<b style="color:red"></b>

"Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında çıxış etmək üçün Strasburqda səfərdə olan Gürcüstan Prezidenti Mixail Saakaşvili və Gürcüstanın birinci xanımı Sandra Rulofsla görüşdük". Bunu millət vəkili Qənirə Paşayeva dilə gətirib.

525.az-ın məlumatına görəMillət vəkili deyib ki, Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan Gürcüstan prezidenti Mixail Saakaşvili ölkələrimiz arasında bütün sahələrdə, o cümlədən, hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin güclənməsi, birgə səylərin daha da artırılması vaciblyini bəyan edib.

 Onun sözlərinə görə, Azərbaycanı sevdiyini deyən Gürcüstanın birinci xanımı Sandra Rulofs isə Azərbaycanla, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva , onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində ölkələrimiz , xalqlarımız arasında münasibətlərin , əməkdaşlığın inkişafına töhfə verən layihələr həyata keçirildiyini və bundan çox məmnun olduğunu vurğulayıb.

O, Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun ölkələrimiz və xalqlarımızın daha da yaxınlaşması, əməkdaşlığın genişlənməsi istiqamətində rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

 “Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi mən də öz növbəmdə Gürcüstan parlamentində yeni formalaşacaq Gürcüstan-Azərbaycan parlamentlərarası Dostluq Qrupu ilə bu günə qədər davam edən yüksək səviyyədə əməkdaşlığın davam, inkişaf etməsinin çox vacib və önəmli olduğunu, ölkələrimizin maraqları istiqamətində bu əməkdaşlığın genişlənəcəyinə ümid etdiyimi dedim. Prezidentin görüşləri çox idi, qısa söhbər etdik. Sandra xanımla isə xeyli söhbət etdik. Onu artıq neçə illərdir tanıyıram. Çox sadə, mehriban və maraqlı qadındır...”- deyə, millət vəkili sözlərinə əlavə edib.

K.Həmzəoğlu

 





24.01.2013    çap et  çap et