525.Az

Avropa Şurasının sədrliyi Ermənistana keçir


 

Avropa Şurasının sədrliyi Ermənistana keçir<b style="color:red"></b>

May ayında Avropa Şurasının sədrliyi Ermənistana keçir.

ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu haqda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan açıqlama verib. Onun sözlərinə görə, qurumun baş katibi bununla bağlı Ermənistana səfər edəcək.

"Bu, olduqca və məsuliyyətli missiyadır. İrəvan bu müddət üçün öz prioritetlərini hazırlayır. Məsələ ilə bağlı müvafiq proqramlar nəzərdən keçirilir. Həmin proqram aprel ayında təqdim olunacaq. Bununla bağlı Avropa Şurasının baş katibi Ermənistana səfər edəcək",- deyə XİN rəhbəri əlavə edib.

E. Nalbandyan xatırladıb ki, Ermənistan bu il həm də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına da sədrlik edəcək. İlin ikinci yarısında Ermənistanda "Şərq tərəfdaşlığı" proqramına üzv ölkələrinin XİN rəhbərlərinin görüşü planlaşdırılıb.

 





24.01.2013    çap et  çap et