525.Az

İlham Əliyev Davosda çıxış edib


 

İlham Əliyev Davosda çıxış edib<b style="color:red"></b>

Yanvarın 24-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.

AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələr arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulanıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik edib.

Yanvarın 24-də Davosda Dünya İqtisadi Forumunun “Neft və qaz idarəçilərinin toplantısı” mövzusunda sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib.  Dünyada neft və qaz sahəsində tanınmış mütəxəssislərin iştirak etdiyi sessiyada Prezident İlham Əliyev Azərbaycanın neft-qaz sektorunda kibertəhlükəsizliyin və ümumilikdə təhlükəsizliyin təmin olunması mövzusunda çıxış edib.

Dövlət başçısı uzun illərdir Azərbaycanın qlobal enerji layihələrində iştirakına diqqət çəkərək ölkəmizin bu sahədə qazandığı uğurlardan danışıb. İlham Əliyev Azərbaycanda bu sahədə təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirib və uzun illərdir ölkəmizdə bununla bağlı hər hansı bir problemin yaranmadığını diqqətə çatdırıb.

Azərbaycanın regional enerji təhlükəsizlik sistemində xüsusi rol oynadığını vurğulayan dövlət başçısı bu sahədə ölkəmizdə görülən işlərdən, bütövlükdə gələcəkdə həyata keçiriləcək tədbirlərdən danışıb.

 





24.01.2013    çap et  çap et