525.Az

İsmayıllının icra başçısı: “5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm”


 

İsmayıllının icra başçısı: “5-10 nəfərin tələbi ilə istefaya getməyəcəm”<b style="color:red"></b>

”İsmayıllıda iki nəfərin avtomobil qəzası nəticəsində yaranmış mübahisəsini siyasiləşdirmək olmaz. Bu, heç də siyasi məsələ deyil”.

Bunu günorta saatlarından sonra jurnalistlərə açıqlamasında İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Nizami Ələkbərov bildirib.

N.Ələkbərov deyib ki, yol qəzasını törədən və sonra mübahisə edənlərin ümumiyyətlə onunla heç bir qohumluq əlaqəsi yoxdur.

Rayonu tərk etdiyi barədə məlumatın da həqiqətəuyğun olmadığını deyən N.Ələkbərov bildirib ki, o, hadisə baş verən andan rayonda olub və oranı tərk etməyib.

İstefasının tələb edilməsinə münasibət bildirən icra başçısı qeyd edib ki, ona bu səlahiyyəti ölkə Prezidenti verib.

İcra başçısı bildirib ki, o, 5-10 nəfərin tələbi ilə istefaya getməyəcək. Nə vaxt ölkə Prezidenti işdən azad edərsə, o zaman vəzifəsini tərk edəcək.

N.Ələkbərovun sözlərinə görə, rayon sakinlərini təhqir edən şəxslər cəzasını alacaq. Onlar artıq həbs edilib və qanun qarşısında cavab verməli olacaqlar.

 





24.01.2013    çap et  çap et