525.Az

Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib


 

Elmar Məmmədyarov Türkiyənin Azərbaycandakı yeni səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-də Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri İsmayıl Alpər Coşqunu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov İsmayıl Alpər Coşqunu səfir təyin olunması münasibəti ilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Nazir iki dost və qardaş ölkə arasında bütün sahələrdə münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. O, regional enerji layihələrinin reallaşdırılmasında hər iki ölkənin mühüm rol oynadığını və TANAP layihəsi ilə bağlı müqavilənin imzalanmasının iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı daha yüksək müstəviyə çıxaracağını bildirib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana sonuncu səfərinin yüksək əhəmiyyətini qeyd edib.

İ. A. Coşqun Azərbaycana səfir təyin olunmasından məmnun olduğunu və yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha da dərinləşdirmək istiqamətində fəaliyyət göstərəcəyini nəzərə çatdırıb. Ölkəmizin regionun çox mühüm strateji ölkəsi olduğunu diqqətə çatdıran səfir, qardaş Türkiyənin bütün məsələlərdə Azərbaycanın yanında olacağını bir daha təsdiqləyib.

 





21.09.2012    çap et  çap et