525.Az

YAP İdarə Heyətinin iclası keçirilib


 

YAP İdarə Heyətinin iclası keçirilib<b style="color:red"></b>

Yanvarın 24-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin (YAP İH) növbəti iclası keçirilib və iclasda partiyanın 2012-ci ildə fəaliyyətinə dair hesabatı, maliyyə hesabatı, o cümlədən Qadınlar Şurası və Gənclər Birliyinin statistik hesabatları müzakirə və təsdiq edilib.

525.az-ın verdiyi məlumata görə, İdarə Heyətinin iclasında qeyd olunub ki, hesabat ilində YAP ictimai - siyasi proseslərə təsir imkanları xeyli genişlənib, cəmiyyətdəki aparıcı mövqeyi daha da möhkəmlənmiş və beynəlxalq nüfuzu yüksəlib. Hesabat ilində partiyanın beynəlxalq əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib. Xüsusilə, Avroatlantik məkanda Avropa Xalqları Partiyası (EPP) və Asiya qitəsində Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) ilə münasibətlər ardıcıl olaraq yüksələn xətt üzrə inkişaf edib.

Bu baxımdan, İCAPP-ın 2012-ci ilin iyun ayında Beynəlxalq Konfransının Daimi Komitəsinin 17-ci və18-ci iclaslarının, eləcə də bu qurumun VII Baş Assambleyası kimi mötəbər tədbirlərin Bakı şəhərində keçirililməsi YAP-ın beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilməlidir. İslada eyni zamanda qeyd edilib ki, partiyanın sıralarının genişlənməsində, üzvlərinin sayının artmasında 2012-ci il də istisna olmayıb. İdarə Heyətinin iclasında bildirilib ki, 2012-ci ildə YAP-ın sıralarına 37854 nəfər yeni üzv qəbul olunub və onlardan 20 min nəfərdən çoxu gənclərdir. Hazırda partiyanın 7573 ilk təşkilatında qeydiyyatda olan partiya üzvlərinin ümumi sayı 591355 nəfərə çatıb. 

İdarə Heyətinin iclasında həmçinin partiyanın 2012-ci il maliyyə hesabatı təsdiq edilib və bildirilib ki, ötən 2012-ci ildə partyia üzvlük haqlarından partiya büdcəsinə 5 mln. 389 min 557 manat daxil olub. Daxil olmuş vəsaitin 2 mln. 969 min 702 manatı əmək haqlarının ödənilməsinə, 1 mln. 98 min 855 manatı müxtəlif xarakterli partiya tədbirlərinin, o cümlədən üç beynəlxalq tədbirin maliyyələşdirilməsinə, 198 min manatı ezamiyyə xərclərinə, 250 min manatı təsərrüfat inventarlarının, texniki avadanlıqların və nəqliyyat vasitələrinin alınmasına, 145 min manatı nəqliyyat vasitələrinə texniki xidmət və yanacaq xərclərinə, 268 min manatı cari təmir işlərinə, 73 min manatı çap işlərinə, 387 min manatı kommunal, icarə haqqı, rabitə xərcləri, bank xidməti, dəftərxana və s. istiqamətlərə sərf edilib. 

İdarə Heyətinin iclasında sonra YAP-ın V Qurultayına və bu ilin payızında keçiriləcək prezident seçkilərinə hazırlıq işləri müzakirə edilib.

Kamil Həmzəoğlu

 





24.01.2013    çap et  çap et