525.Az

İlham Əliyev “Microsoft”un prezidenti ilə görüşdü


 

İlham Əliyev “Microsoft”un prezidenti ilə görüşdü<b style="color:red"></b>

Prezident İlham Əliyev bu gün Davosda “Microsoft İnternational” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.

525.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, görüşdə “Microsoft İnternational” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirilib.

İnformasiya təhlükəsizliyinə dair məsələlərin də müzakirə olunduğu görüşdə “Microsoft İnternational” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.

 





24.01.2013    çap et  çap et