525.Az

Məmməd İsmayıl "Çanaqqala 18 Mart Universiteti"nin professoru seçilib


 

Məmməd İsmayıl "Çanaqqala 18 Mart Universiteti"nin professoru seçilib<b style="color:red"></b>

Bugünlərdə Türkiyə Yüksek Öyretim Kurulunun (YÖK) qərarı ilə məşhur Azərbaycan şairi Məmməd İsmayıla Çanaqqala 18 Mart Universitetinin professoru adı verilib.

Bu xoş xəbəri “525-ci qəzet”ə yazıçı İmdat Avşar çatdırıb. Xatırladırıq ki, dəyərli şair, gözəl ədəbiyyat bilicisi Məmməd İsmayıl uzun illərdir ki, Türkiyədə çalışır, Çanaqqala Universitetində dərs deyir. Bu illər ərzində onun Türkiyədə bir sıra kitabları çap olunub, qardaş ölkənin mətbuatında məqalələri çıxıb, yubileyi yüksək səviyyədə qeyd edilib.

Ustad şairimizi bu münasibətlə təbrik edir, ona cansağlığı, yeni uğurlar diləyirik.

GÜNEL

 





25.01.2013    çap et  çap et