525.Az

Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 17 qərar çıxarıb


 

Ötən il Avropa Məhkəməsi Azərbaycanla bağlı 17 qərar çıxarıb<b style="color:red"></b>

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə Azərbaycanla bağlı 17 qərar çıxarıb.

APA-nın xəbərinə görə, bu barədə AİHM-nin ötən ilki fəaliyyəti ilə bağlı ənənəvi məruzəsində bildirilir.
 
Bu qərarların 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, daha 6-sı isə azad seçkilər hüququ ilə bağlı olub. Ümumiyyətlə, ötən il Azərbaycandan AİHM-ə 1299 müraciət daxil olub. Onlardan 694-ü rədd edilib, 342 müraciət isə icraata qəbul edilib.
 
Ötən il AİHM ümumilikdə 128 100 işə baxıb. Bu işlərin əksəriyyəti Rusiya, Türkiyə, İtaliya və Ukraynadan olan müraciətlərlə bağlı olub.

 





25.01.2013    çap et  çap et