525.Az

Daha bir gəmi istismara verildi


 

Daha bir gəmi istismara verildi<b style="color:red"></b> “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin daha bir bərəsi – “Merkuri-1” gəmisi də Transxəzər istiqamətində yük avtomobillərinin daşınmasına cəlb olunub.
 
QSC-dən “APA-Economics”ə verilən məlumata görə, gəmi dokda baxışdan və müvafiq təmir işlərindən sonra istismara buraxılıb.
 
Beləliklə, istismarda olan bərələrin və Ro-Ro gəmilərinin sayı 14-ə çatdırılıb. Hazırda Bakı-Aktau-Bakı və Bakı-Türkmənbaşı-Bakı xətlərinin hər birində 6 bərə və 1 Ro-Ro gəmisi dəmiryol vaqonları və təkərli texnika daşıyır.
 





25.01.2016    çap et  çap et