525.Az

Fevralın 1-dən Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq


 

Fevralın 1-dən Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq<b style="color:red"></b> 1 fevral 2016-cı ildən 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı fəaliyyətə başlayacaq.
 
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, həmin tarixdən Bakı-Xaçmaz-Keşlə marşrut ilə işləyən 6803/6804 nömrəli elektrik qatarının fəaliyyəti dayandırılacaq.
 
“Azərbaycan Dəmir Yolları” sərnişinlərin nəzərinə çatdırır ki, 611/612 nömrəli Bakı-Yalama-Bakı elektrik qatarı hər gün saat 20:00-da Bakı sərnişin stansiyasından yola düşəcək, 01:10-da Yalama stansiyasına çatacaq, 03:30-da Yalama stansiyasından yola düşəcək, 09:15-də Bakı sərnişin stansiyasına çatacaq.
 





25.01.2016    çap et  çap et