525.Az

Bakıdakı məktəblilər arasında dava, yaralı var


 

Bakıdakı məktəblilər arasında dava, yaralı var<b style="color:red"></b>

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, hadisə yanvarın 24-ü, saat 11:50 radələrində, Sabunçu Bakıxanov qəsəbəsi, Məktəbli küçəsində yerləşən 12 saylı liseydə baş verib.

Həmin liseyin şagirdi, Bakı şəhər sakinləri Ramin Novruzov Ramil Məmmədovu döyərək xəsarət yetirib. Yaralı məktəbli 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hazırda R.Novruzovun tutulması üçün Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilir.

 





25.01.2013    çap et  çap et