525.Az

Türkiyənin məşhur müğənni və aktyorları həbs olundu


 

Türkiyənin məşhur müğənni və aktyorları həbs olundu<b style="color:red"></b> Türkiyədə məşhur sənət adamları həbs olunub.
 
Lent.az-ın “Habertürk” saytına istinadən verdiyi məlumata görə, İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində bir neçə  narkotik istifadəçisi saxlanılıb.

Bunların arasında “Issız Adam” filmində baş rol ifaçısı Camal Hünal, “Adını Feriha koydum” serialındakın “Emir” xarakterini canlandıran Çağatay Ulusoy, müğənni Cenk Eren və hələlik adları dəqiqləşdirilməyən bir neçə tanınmış şəxs də var.
 
İlkin məlumata görə, narkotik vasitələrin satışı ilə məşğul olan şəxs polislərə tanınmış simalara narkotik satdığını deyib. Həmin şəxslərin adlarını dəqiqləşdirildikdən sonra əməliyyat qrupu saat 04:00-da işə başlayıb. Əməliyyat zamanı 30 nəfərin həbs olunduğu deyilir.
 





25.01.2013    çap et  çap et