525.Az

Ağcabədidə süni qiymət artımına qarşı tədbirlər gücləndirilir


 

RAYONDA KƏND TƏSƏRRÜFATI VƏ ƏRZAQ MƏHSULLARININ SATIŞI YARMARKASI KEÇİRİLDİ

Ağcabədidə süni qiymət artımına qarşı tədbirlər gücləndirilir<b style="color:red"></b>

Yanvarın 24-də Ağcabədi rayonunda süni qiymət artımının qarşısının alınması məqsədi ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilib.

Yarmarka səhər saat 08:00-dan günorta saat 14:00-a kimi davam edib.

Yarmarkaya bütün rayon əhalisinin cəlb edilməsi üçün elanlar və təbliğat işləri aparılıb. Yarmarkada mal ətinin kq 4 manat,  qoyun ətinin kq 5 manat olmaqla 5150 kq ət məhsulu, 50 kq un kisəsi 21 manat, 10 kq un unun kisəsi 4,50 manat olmaqla 50 ton un, 1 ədədi 10 qəpik olmaqla 20000 ədəd yumurta, 1 kq 60 qəpik olmaqla 10 ton kartof və 1 kq 20 qəpik olmaqla 15 ton taxıl məhsulları satılıb.

Atena süd emalı zavodu tərəfindən isə 350 kq yağ, 2 ton süd məhsulları 50 faiz endirimlə satılıb.

Bundan əlavə, digər 50 ton kənd təsərrüfatı ( meyvə, tərəvəz) məhsulları 20-25 faiz dəyərindən aşağı salınıb.

Yarmarkada  rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da iştirak edib.  

Rayon əhalisi onlar üçün təşkil olunan bu yarmarkaya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar deyiblər ki, bütün lazım olan kənd təsərrüfatı və ərzaq məhsullarını bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib, süfrələrini daha da zənginləşdirəcəklər.

Yarmarkada 10 min nəfərdən artıq rayon əhalisi iştirak edib.

 





26.01.2016    çap et  çap et