525.Az

"Wikileaks" skandalı filmə çevrilir


 

"Wikileaks" skandalı filmə çevrilir<b style="color:red"></b>

Baş rolda Venedikt Kamberbetçin oynadığı filmin çəkilişləri başlayıb.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ''The Fifth Estate'' adlanan filmin ilk çəkilişləri İslandiyada aparılıb. Prodüsserlər "Wikileaks"in qurucusu Culian Assancı canlandıran Kamberbeçtin və Assancla yollarını ayıran keçmiş müavini Daniel Domşayt-Berqi canlandıran Daniel Bryulun Reykyavikdə çəkilmiş fotolarını yayıblar.

Noyabr ayında nümayiş etdiriləcək filmdə Lora Linni, Entoni Maki və Den Stivens də oynayır.

Rejissor Bill Kondon "Wikileaks" haqqında hər hansı yekun qərar təklif etməyəcək filmin bilgi dövründə şəffaflığın çətinliklərini kəşf edəcəyini söyləyib.

 





25.01.2013    çap et  çap et