525.Az

Binə ticarət mərkəzində faciə: ölən var


 

Binə ticarət mərkəzində faciə: ölən var<b style="color:red"></b> Binə ticarət mərkəzində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Lent.az-ın məlumatına görə, ticarət mərkəzinin ikinci sıra, 22-ci mağazanın tavanından xadimə qadın yıxılıb. Məlumata görə, 1961-ci ildə Lənkəran rayonunda anadan olmuş, Bakı şəhərinin Yeni Suraxanı qəsəbəsində yaşayan və qeydiyyatda olan Səttarova Vəsilə Xeybər qızı mağazanın tavanını silərkən yıxılıb. Qadın ağır kəllə-beyin travması alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla əlaqədar araşdırma aparılır.
 





25.01.2013    çap et  çap et