525.Az

İsmayıllının icra başçısı rayon ictimaiyyəti ilə görüşür


 

İsmayıllının icra başçısı rayon ictimaiyyəti ilə görüşür<b style="color:red"></b> İsmayıllı rayonunda dünən axşamdan etibarən sabitlik hökm sürür.
  
APA-nın əməkdaşının verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şəhərə nəzarət edir. Şəhərdə qurulan polis postları isə götürülüb, indiyədək aksiyaya cəhd qeydə alınmayıb.
 
Xidmət obyektləri, idarə və müəssisələr normal fəaliyyət göstərir.
  
Yerli hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aksiyalarda saxlanılan şəxslərdən bəziləri sərbəst buraxılıb.
 
Bu gün saat 16.00-da rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun ictimaiyyət nümayəndələri ilə görüşü keçiriləcək. İH başçısının birinci müavini Rafael Əhmədov APA-ya açıqlamasında bildirib ki, görüşdə son günlər baş verən hadisələr müzakirə olunacaq.İsmayıllı rayonunda dünən axşamdan etibarən sabitlik hökm sürür.

APA-nın əməkdaşının verdiyi məlumata görə, hüquq-mühafizə orqanları şəhərə nəzarət edir. Şəhərdə qurulan polis postları isə götürülüb, indiyədək aksiyaya cəhd qeydə alınmayıb.
 
Xidmət obyektləri, idarə və müəssisələr normal fəaliyyət göstərir.
  
Yerli hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, aksiyalarda saxlanılan şəxslərdən bəziləri sərbəst buraxılıb.
  
Bu gün saat 16.00-da rayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun ictimaiyyət nümayəndələri ilə görüşü keçiriləcək. İH başçısının birinci müavini Rafael Əhmədov APA-ya açıqlamasında bildirib ki, görüşdə son günlər baş verən hadisələr müzakirə olunacaq.
 





25.01.2013    çap et  çap et