525.Az

“Heydər Əliyevin Mexikodakı abidəsi şəhərin başqa hissəsinə köçürüləcək”


 

“Heydər Əliyevin Mexikodakı abidəsi şəhərin başqa hissəsinə köçürüləcək”<b style="color:red"></b>

“Meksika paytaxtının rəhbərliyi və Azərbaycan səfirliyi hazırda mərkəzi İslahatlar küçəsindəki park zonasında yerləşən Heydər Əliyevin abidəsinin köçürülməsi barədə demək olar ki, razılığa gəliblər. Abidə şəhər hüdudlarında qalacaq”.

 APA-nın məlumatına görə, bu fikirləri “RİA Novosti”yə müsahibəsində Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov deyib.
 
“Bizə Azərbaycan Mədəniyyət Mərkəzinin yerləşməsi üçün hədiyyə olaraq bina verməyi təklif etdilər, abidə də o əraziyə köçürüləcək. Biz demək olar ki, konsensusa gəlmişik”.
 
Heydər Əliyevin abidəsi ötən ilin avqustunda Mexikonun Dostluq Parkında ucaldılıb, abidənin xərcini Azərbaycan tərəfi çəkib. Mexiko meri Miqel Anxel Mansera abidənin köçürülməsi xərclərinin paytaxt büdcəsindən ödəniləcəyini bəyan edib.
 
Səfirin sözlərinə görə, Mexiko rəhbərliyi Heydər Əliyev şəxsiyyətinə hörmət əlaməti olaraq Əliyev Muzeyi açmağı təklif ediblər. Onlar danışıqlarda Azərbaycan tərəfinə abidənin köçürülməsinin şəhər tikinti normalarının pozulması ilə əlaqələndiriblər: “Keçmiş mer səhvə yol verib, çünki  abidənin indi yerləşdiyi yerdə ümumiyyətlə heç bir abidə qoyula bilməz”. Mexiko rəhbərliyi abidənin ən gec bazar gününə kimi köçürüləcəyini deyib. 

 





25.01.2013    çap et  çap et