525.Az

Misir inqilabının ikinci ildönümü


 

Misir inqilabının ikinci ildönümü<b style="color:red"></b>

Bu gün Misir inqilabının ikinci ildönümüdür.

Müxalif partiyalar və hərəkatlar bu gün "inqilabı tamamlamaq" şüarıyla yenə meydanlara çıxacaq.

Milli Qurtuluş Cəbhəsinin lideri Məhəmməd Əl Baradey xalqı küçələrə çıxmağa çağırıb. Müsəlman Qardaşlar və Sələfi Nur Partiyası aksiyada iştirak etməyəcək.

İnqilabın ildönümü ərəfəsində Misirdə gərginlik yaranıb. Dünən Təhrir yaxınlarında polis və nümayişçilər arasında toqquşma olub. 8 nəfər yaralanıb, bir çox insan həbs edilib.

Portsəid şəhərində Ultras tərəfdar qrupu limana girib və Süveyş kanalında dəniz nəqliyyatını kəsməklə bağlı təhdidlər səsləndirib. Qrup bəyan edib ki, Portsəiddəki futbol matçında 75 nəfərin ölümüylə nəticələnən hadisələrə qarışan məhkumlar edam edilməsə, ölkədə xaos yaradılacaq.

 





25.01.2013    çap et  çap et