525.Az

“Yeni Üfüq” gənc yazarla görüş təşkil edəcək


 

“Yeni Üfüq” gənc yazarla görüş təşkil edəcək<b style="color:red"></b>

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “Yazarlar ilə görüş” adlı yeni layihəsi start götürür.

 “Yazarlar ilə görüş” layihəsini həyata keçirməkdə başlıca məqsəd cəmiyyətimizin əsas hərəkətverici qüvvəsi olan yazarlarımızı ictimaiyyətə daha yaxından tanıtmaq, onların əsərlərini geniş oxucu kütləsinə çatdırmaqdan ibarətdir.

“Yeni Üfüq” İctimai Birliyi əsrlər boyunca dünya ədəbiyyatının inkişafında əhəmiyyətli rol oynamış Azərbaycan xalqının mənəvi irsinin qorunması, sözügedən sahənin önəmini vurğulamaq istiqamətində bu layihənin vacib bir addım olacığına inanır.

Təşkilatın “Yazarlar ilə görüş” layihəsi çərçivəsində təşkil ediləcək ilk görüş azərbaycanlı gənc yazar, “Yeni Üfüq” İctimai Birliynin Ankara təmsilçisi, eyni zamanda Orta Doğu Teknik Universitetində təhsilini davam etdirən Mirbəhram Əzimbəyli ilə olacaq. Azərbaycan Yazıçılar Birliyinə ən gənc- 15 yaşında qəbul olunmuş M. Əzimbəyli iki əsərin -“Bir çocuğun dünyasından səslər” və “Səssizliyin harayı” kitablarının müəllifidir.

Azərbaycan və Türkiyə mətbuatında mütəmadi olaraq çıxış edən gənc və istedadlı yazarın oxucular ilə görüşü zamanı maraqlı təqdimat, çıxış, müzakirə və diskussiyalar olacaq. Mərasimdə müəllif sevilən və yeni qələmə aldığı şeirlərini səsləndirəcək, oxucuları maraqlandıran suallara cavab verəcək.

 





25.01.2013    çap et  çap et