525.Az

“Xəzər”in yeni ildə yeni sayı


 

“Xəzər”in yeni ildə <b style="color:red">yeni sayı </b>

“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni nömrəsi oxuculara təqdim olunub.

Jurnalda yer alan “Nobel kürsüsü” guşəsində oxucular  Yaşarın tərcüməsində Nobel mükafatı laureatı, İsveç yazıçısı Tumas Tranströmerin “Məni görən xatirələr” əsərindən fraqmentlərlə və Zakir Fəxrinin tərcüməsində şeirləri ilə tanış olacaqlar. “İlahi keçid” səhifəsində Əbu Hamid Əl Qəzalinin “Yalnışlıqlardan qurtaran kitab” əsəri verilib (tərcümə edən Afaq Məsud).

“Servantes mükafatları laureatları”nda bu dəfə  Saday Budaqlının tərcüməsində Xuan Karlos Onettinin “Girdab” romanı öz əksini tapıb. “Klassik hekayələr” guşəsində  Amerika yazıçısı Herman Melvilin “Mirzə Bartbli” hekayəsi Ülkər Nəsibbəylinin tərcüməsində təqdim olunub. “Müqəddəslər haqqında rəvayətlər” də Zakir Fəxrinin tərcüməsində Fərid əd-din Əttarın “Həzrəti Rəbiyyə Bəsri” haqındakı rəvayət yer alıb. 

Jurnalın “Türk qardaşlarımız” guşəsində bu dəfə Səid Faiq Abasıyanığın hekayələri (tərcümə edən Tofiq Abdin) və Muhamməd Salihin( tərcümə edən Vaqif Bayatlı Odər)  şeirləri dərc olunub. “Natiq Səfərovun tərcümələri” ndə  oxucular  Con Steynbekin “Basqın” və Knut Hamsunun “Cənub ulduzu” nun kapitanı Reyyersen” hekayələrini oxuyacaqlar.

“Düşüncələr və aforizmlər” bölməsinə isə Uinston Çörçilin və İosif Stalinin aforizmləri daxil edilib. “Səhnə ədəbiyyatı” nda Vitold Qombroviçin “Burqundiya şahzadəsi İvonna” pyesinə yer verilib  (tərcümə edən Yaşar).  “Magik ədəbiyyat” başlıqlı səhifədə təqdim olunan Karlos Kastanedanın “Don Xuanın təlimi” romanından parça da olduqca maraq doğurur(tərcümə edən Səfər Alışarlı).

GÜNEL

 





25.01.2013    çap et  çap et