525.Az

“Elşad Abdullayevdə milyonlarla pul haradan idi?”


 

“Elşad Abdullayevdə milyonlarla pul haradan idi?”

O, HÖKUMƏTDƏN YOX, ALDATDIĞI MİNLƏRLƏ VALİDEYNDƏN,

İNCİTDİYİ TƏLƏBƏLƏRDƏN QORXARAQ ÖLKƏDƏN QAÇIB

 

Lisenziyası ləğv edilmiş Beynəlxalq Universitetin hazırda Fransaya sığınmış sabiq rektoru Elşad Abdullayevin bu günlərdə yayılan bəyanatı geniş rezonans doğurub. Sabiq rektor millət vəkili Gülər Əhmədova bir sıra yüksək çinli məmurlara qarşırüşvət, adam oğurluğu bu kimi digər ittihamlarirəli sürüb. Millət vəkili Gülər Əhmədova isə ilk olaraq məsələyə münasibətini özünün Facebook statusunda ifadə edib bu Elşad Abdullayevin bəyanatını ictimailəşdirən jurnalistləri qınayaraq, özünə qarşı qərəzli kampaniyanın başlandığını söyləyib. G.Əhmədova ilə yanaşı artıq bir çox ictimai-siyasi xadimlər, fəallar mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.

E.Abdullayevin bəyanatına münasibət bildirən millət vəkili Çingiz Qənizadə bir sıra məsələlərə toxunub. Millət vəkili keçmiş rektorun iddialarının əsassız olduğunu bildirib: “Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru, hazırda Fransanın Strasburq şəhərində yaşayan Elşad Abdullayevin bəyanatı ilə tanış olduqda fikirləşdim ki, atalar həqiqətən düz deyib ki - “Utanmasan oynamağa var ki”. Bəyanatdan aydın olur ki, Mahir Abdullayevin işi ilə bağlı E.Abdullayev bəzi şəxslərə 3 mln. ABŞ dolları pul ödəyib aldadılıb. Daha sonra 2005-ci ilin noyabr ayında keçirilmiş Milli Məclisə seçkilərdə deputat statusu əldə etmək üçün daha 2 mln. ABŞ dolları pul ödəyib aldadılıb. Bu iki məsələ ilə bağlı ortaya məntiqi bir sual çıxır. Onda hardan idi 5 mln. ABŞ dolları? Əgər Elşad Abdullayev 2 mln. ABŞ dolları pulu Milli Məclisə düşmək üçün Gülər xanım Əhmədova vasitəsilə Prezident Adminstrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevə göndərmişdisə onda üçün deputat seçilməyib bu gün Strasburqda məskunlaşıb?

Deyək ki, 2005-ci ilin noyabrında hansısa anlaşılmazlıq nəticəsində onun haqsız qanunsuz istəyi baş tutmayıb. Boş qalmış yerlərə 2006- ilin may ayında keçirilən əlavə seçkilərdə 9 saylı 2-ci Binəqədi seçki dairəsindən təkrar namizədliyinizi verərək mənimlə həmin dairədə alternativ oldunuz. Bəs 2006- ildə baş verdi? Qanunsuz hərəkətləriz o həddə çatdı ki, namizədliyiniz ləğv edildi. Əgər pul vermişdinizsə necə oldu ki, 2005-ci ilin noyabr ayından 2006- ilin may ayına qədər 6 ay müddətində bu məsələni, Gülər xanımın sizi aldatdığını cənab Ramiz Mehdiyevə çatdıra bilmədiniz? 7 ildir susmağınızın indi həqiqətdən kənar danışmağınızın səbəbi mənə aydındır. Sizə ölkə rəsmilərini tənqid etmək, böhtan atmaq ona görə lazımdır ki, özünüzü siyasi mühacir kimi Fransaya sırıyasınız. Bunu sadə oxucular bilməsələr , biz hüquq müdafiəçiləri çox yaxşı başa düşürük ki, ölkə rəsmilərini tənqid etməsən, böhtan atmasan bunu mətbuatda çap etdirərək sübut kimi təqdim etməsən həmin ölkədə siyasi mühacir kimi oturum ala bilməzsən!”

Ç.Qənizadə digər məqamlara da toxunub: “Cənab Abdullayev! Bakı Dövlət Universitetində 30-40 il çalışan müəllim-professor heyəti tanıyıram ki, çox kasıb dolanır, işə ictimai nəqliyyatla gəlib gedirlər. Haradan idi sizdə milyonlarla pullar? Bəlkə halal yolla qazandığınızı iddia edəsiniz?! Siz 4 mindən çox gənci saxta yolla rəhbərlik etdiyiniz ABU-ya qəbul etdirərək onları həm mənəvi, həm maddi cəhətdən şikəst etmisiniz! ABU bağlananda ah-naləsi aylarla ərşəyə çəkilən minlərlə valideyn tələbələri siz tez-tez uzaqdan, maşının içindən müşahidə edirdiniz. Həmin milyonlar, mal-qarasını, maşınını, qır-qızılını satıb övladlarını ABU-ya qanunsuz yolla daxil etmək üçün sizə verilən valideyn pulları idi. Bu gün minlərlə sadə aldadılmış insanlar sizi axtarır. Sizinlə bağlı bir faktı da nəzərinizə çatdırmaq istəyirəm.

Şamaxı rayonunun Kirovka adlanan bir kəndi var. Orada mənim bağım var. Sizin qardaşınızın bağları orada yerləşir. Kəndin çox sadə zəhmətkeş əhalisi var. Siz həmin kənddən 20 nəfərə yaxın şəxsi aldadaraq 4-5 min ABŞ dolları məbləğində pul almısınız. bu gün onların övladları diplomsuz küçələrdə qalıb. Hər dəfə mən kəndə gedəndə onlar bizə gəlir, pullarını almaq üçün sizi axtardıqlarını bildirirlər. Yəqin ki, bir daha o kəndə qayıda biməyəcəksiniz. Qəbuldan sonra da ABU-da təhsil alan tələbələrin başına açdığınız oyunlardan hamı xəbərdardır. İmtahanlarda semestrlərdə yığdığınız pullar azmış kimi, sonda dövlət imtahanları zamanı tələbələrə etdiyiniz zülmlər yaddan çıxa bilməz. Dövlət imtahanı üçün bir qarnı ac, bi qarnı tox tələbələrdən 1500 manat pul tələb edirdiniz. Bir misal da çəkim.

Mənim qardaşım oğlu Elvin Qənizadə TQDK xətti ilə imtahan verərək qanuni yolla ABU-nun hüquq fakültəsinə daxil olmuşdu. Dövlət imtahanında TQDK xətti ilə qəbul olunduğu üçün ondan hörmət əlaməti olaraq 1500 manat deyil, 1000 manat tələb edirdiniz. Dəfələrlə sizi aradım, məndən, telefondan qaçdınız. Nəhayət Prezident Administrasiyasının şöbə müdiri Fuad Ələsgərova müraciət etdim. Yalnız bundan sonra pul almaqdan qorxdunuz. ABU-da tələbələr hərbi komissarlığa arayış təqdim etmək üçün sizə 200-300 manat arasında pul ödəmək məcburiyyətində idilər. Şəxsiyyətinizə o qədər pərəstiş yaranmışdı ki, ABU-ya gələrkən çantanızı bir nəfər, paltonuzu başqa bir nəfər arxanızca gətirirdi. Qəbulunuza düşmək isə ümumiyyətlə qeyri-mümkün idi”.

Millət vəkili keçmiş rektorun üçün kimdən qaçması məsələsinə toxunub: “Cavab çox sadədir. Çünki fəaliyyətinizin hər bir addımı oğurluq, dələduzluq, vəzifə cinayətləri ilə bağlı idi. Hamıdan hər kəsdən qorxurdunuz. Siz hökumətdən yox, minlərlə aldatdığınız valideynlərdən, minlərlə incitdiyiniz tələbələrdən qorxaraq ölkədən qaçmısınız. Özünə pərəstiş sizdə o həddə çatmışdı ki, özünüzü bəzi sənədlərdə akademik kimi təqdim edirdiniiz. Amma çoxları bilmirdi ki, sizin doktorluq işiniz plagiat olub, Rusiyanın görkəmli alimlərinin əsərlərindən oğurlanaraq yazılıb. 1998-ci ildəMüqayisəli inzibati hüquqII hissə dərslik kitabını çap etdirərək plagiat elmi işinizi həmin dərslik kitabına köçürmüsünüz. Deməli dərslik , elmi işiniz görkəmli rus alimləri Y.A.Tixomirovun A.N.Kozırinin əsərlərindən oğurlanıb. Bu gün qoynuna sığındığınız Fransanın görkəmli alimi Q.BrebanınFransuzskoe administrativnoe pravokitabının 1988-ci il MoskvanınProqressnəşriyyatı tərəfindən tərcümə edilərək çap edilmiş variantınıQanunjurnalında öz adınızdanMüqayisəli inzibati hüquqI hissə kimi çap etdirmisiniz. Qeyd edim ki, bu fikirlərimi təsdiq edən sənədləri yaxın günlərdə Fransanın Rusiyanın Azərbaycandakı Səfirliklərinə təqdim edəcəyəm. Məlumatıma görə, Rusiyanın Ali Attestasiya Komissiyası sizin 2000-ci ildəSravnitelnoe administrativnoe pravoadlı doktorluq işinin ləğvi ilə bağlı Azərbaycan Ali Attestasiya Komissiyasına məktub göndərib. Hesab edirəm ki, bu gün xarici ölkədə oturub ona-buna qara yaxmaq, böhtan atmaqdansa, Fransadakı məscidlərdən birinə gedərək insanların başına açdığınız oyunlarınıza görə Allahdan bağışlanmağınızı rica etməyiniz daha məqsədəuyğun olar. Sizin bu bəyanatınız, “Oğru elə bağırdı ki...” atalar misalına daha çox oxşayır. “Utanmasan oynamağa var ki”.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu bəyanata son dərəcə sərt münasibət bildirib. O, E.Abdullayevin bəyanatında yer alan məsələlərin yalan böhtandan ibarət olduğunu diqqətə çatdırıb: “Təəssüf ki, ictimai-siyasi camiənin ümumilikdə cəmiyyətin əhəmiyyətli bir kəsimi bu cür həssas məsələlərdə öz mövqeyini ortaya qoymaq üçün heç bir təşəbbüs göstərmir. Ya gecikir, ya da tam əksinə, seyrci roluna üstünlük verərək, sanki proses dünyanın tam başqa bir nöqtəsində cərəyan edirmiş təəsüratını yaradırlar. Amma iftiraya, mənəvi təqibə məruz qalan Azərbaycanın millət vəkilidir. Həm xanım millət vəkili. Özü bu iftiranın müəllifi kifayət qədərtanınmışşəxsdir - Elşad Abdullayev! Müəmmalı fəaliyyəti, fantastik açıqlamaları, fərqli sərgüzəştləri ilə özünün tam aydın obrazını yaratmağı bacaran həmin Elşad Abdullayev! Bəyanatı oxuyan kimi eyni şablonların, abzasların, təfərrüatların sıralanmasını, dəyişməzliyini anındaca sezdim. Sadəcə, mətnə, o mətnin daha maraqlı olması üçün yeni bir isim əlavə olunmuşdu - Gülər Əhmədova.

Siyasətdədekor sevənlərqrupu var: Hər zaman öz yalanlarına bəzək-düzək vermək xətrinə kreativ formalar düşünürlər. (Elşad Abdullayevə qədər Rəsul Quliyevin timsalında həmin nümunələrə çox rastlamışıq) Hədəf isə cəmiyyət üçün ictimai-siyasi maraq doğuracaq bir şəxs seçilir. Mövzuya impuls inisiativ vermək üçün. Həm zərurət yarandıqda, bütün dəyərlər ayaq altına alınaraq!

Əslində bəllidir ki, Elşad Abdullayev ömrü boyu siyasiləşə bilməyən bir fiqurdur. Elə bu səbəbdəndir ki, müdafiə kombinasiyalarında çox ciddi boşluqlar buraxır davamlı olaraq özünü ələ verməkdədir.

Təsəvvür edin, söhbət 2 milyon ABŞ dollarından gedir. bunu halallıqdan, ədalətdən, təhsildəki uğurlardan danışan biri söyləyir. Ardınca da utanmadan cinayət qanunvericiliyinin tələb etdiyi müddəaları sadalayır. Həm hüquq elmləri doktoru olaraq!

İstintaq orqanı bu cəfəngiyyata desin, münasibət bildirsin?! ya cinayət təqibi, ilkin təhqiqat başlansa, bütün hallarda ilk həbs olunmalı adam (ya yalan ifadəyə ya da rüşvət verdiyinə görə) Elşad Abdullayevin özü deyilmi?

Azərbaycan təhsilində semestrdən-semestrə dərsə getməyin, imtahan qabağı ənənəvizaçotnikyığımının, “NB”- rəsmi şəkildə tas qoymağın ən müasir, nəzəri əsasları məhz bu insan tərəfindən hazırlanmadımı? Hələ rüşvəti, korrupsiyanı bir kənara qoyuram, hətta kimsənin ağlına gəlməyən bir məqamda orqan mafiyasının işinə qədər bütün dolaşıq mövzularda keçmədimi bu müəmmalı ad? Yoxsa, yalnışmı xatırlayıram? Verilən saxta vədlər, şirin yalanlar ucbatından diplomsuz qalan qədər sayda tələbə hələ öz keçmişlərindəki aldanışdan dad çəkir. Böyük bir insan toplusunun təhsil ümidinin üzərindən məhz Elşad Abdullayevin sayəsində yağlı bir boya ilə qara xətt çəkilib. Gizli, bəzənsə açıq özfəaliyyətin əsiri-yesiri olub insanlar.

Bunudamı Gülər Əhmədova edib?!”

E.Musayev daha sonra bunları söyləyib: “Təəssüf edirəm ki, bu hakimiyyətlə olan şəxsi prinsipləriniz, hikkəniz, inadınız bir Azərbaycan qadınına edilən iftira fonunda dövr edir. Bu qədər cılız adidir yəni?! Amma bir şeyi unutmayın ki, siz bu hakimiyyəti bir zamanlar bizim hamımızdan çox-çox daha gözəl bir şəkildə tərifləyən birisiniz! O əndrəbadi bəyanatınızda adları çəkilən şəxslərin qəbuluna yarım-şaquli vəziyyətdə girən Elşad Abdullayevsiz! 5 ildir ölkədən kənarda yaşamasına rəğmən, 5 milyon dolları hələ çay pulukimi görən, təqdim edən, qələmə verən insansınız!”

AQİL

 





22.09.2012    çap et  çap et