525.Az

Putin azərbaycanlı rejissoru mükafatlandırdı


 

Putin azərbaycanlı rejissoru mükafatlandırdı<b style="color:red"></b>

Rusiya prezidenti azərbaycanlı rejissoru mükafatlandırdı.

ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyası prezidenti Vladimir Putin Fərmanı ilə Səməd Vurğun adına Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovskini mədəniyyətin və incəsənətin inkişafına töhfəyə görə “Puşkin medalı” ilə təltif edib. Bu ilin fevral ayında rejissorun 65 yaşı olacaq.

O, 1976-ci ildən S.Vurğun ad. Rus Dram teatrının aktyoru, 1991-ci ildən quruluşçu-rejissor, 1993-cü ildən teatrın baş rejissoru vəzifələrində işləyir. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşa qurub. 1988-ci ildə A.Şarovski "Əməkdar artist", 1999-cu ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. "Qızıl dərviş" və "Humay" mükafatları laureatıdır.

Qeyd edək ki, 2012-ci ildə Rus Dram teatrında dövlət sifarişi ilə səhnələşdirilən “Müsyo Jordan və Dərviş Məstəli şah” tamaşası paytaxt Moskva ilə yanaşı Sankt-Peterburqda, Yaroslovda oynanılıb. Tamaşa həmcinin Ukrayna, Moldova və Gürcüstan teatrlarının səhnələrində də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi sifarışı ilə hazırlanan tamaşa görkəmli Azərbaycan mütəfəkkiri, milli dramaturgiyamızın banisi, ictimai xadim, maarifçi Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunub. Quruluşçu rejissoru Alekasnr Şarovski olan tamaşanın geyim üzrə rəssamı əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, dekorasiya rəssamı əməkdar rəssam Tahir Tahirov, quruluşçu rəssamı isə Nikita Sazonovdur. Tamaşada əsas rolları xalq artistləri Məbud Məhərrəmov, Səfa Mirzəhəsənov, əməkdar artistlər Nataliya Şarovskaya, Fuad Osmanov, Mələk Abbaszadə və başqaları ifa ediblər.

Məlumat ücün bildirək ki, Puşkin medalı ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə görə, mədəni irsin öyrənilməsində və qorunmasına böyük töhfə verənlər, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında əməyi olanlar təltif edilir. Puşkin medalı, bir qayda olaraq, 20 il və ya daha çox humanitar, ictimai işlər üzrə fəaliyyət göstərənlərə təqdim edilir.

 





25.01.2013    çap et  çap et