525.Az

Yanvarın 27-dən havalar soyuyacaq


 

Yanvarın 27-dən havalar soyuyacaq<b style="color:red"></b>

“Yanvarın 26-da ölkə ərazisində nisbətən sabit hava şəraiti davam edəcək.

Paytaxtda havanın temperaturu 13-18 dərəcə isti təşkil edəcək. Bəzi Aran rayonlarında isə havanın temperaturu 20 dərəcə isti olacaq. Çoxillik metroloji proqnozlara görə, temperatur yanvar ayı üçün olan temperatur göstəricilərindən 7-8 dərəcə yüksəkdir”.
 
Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, bu cür hava şəraiti adətən yaz fəsli üçün xarakterikdir və daha çox aprel ayında müşahidə olunur.
 
U. Tağıyeva deyib ki, uzun müddət davam edən anomal isti hava şəraitindən sonra yanvar ayının son günlərində hava şəraiti dəyişəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Beləliklə, temperatur göstəriciləri yanvar ayının normasına yaxınlaşacaq: “Yanvarın 27-si axşam, 28-dən 29-na keçən gecədən fevralın 2-dək respublika ərazisində fasilələrlə yağıntılı olacaq. Ölkə ərazisinə bir-birinin ardınca Aralıq dənizi siklonlarının keçməsi gözlənilir. Bu səbəbdən yağıntılar aramsız deyil, fasilələrlə qeydə alınacaq.
 
Yanvarın 28-də axşam və 29-da şimal küləyinin güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında yağıntılar sulu qara keçəcək. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir”.

 





25.01.2013    çap et  çap et