525.Az

Nazir: "Ötən ilin yekununda yaranan xəzinə qalığı bu il istifadə olunacaq"


 

Nazir: "Ötən ilin yekununda yaranan xəzinə qalığı bu il istifadə olunacaq"<b style="color:red"></b> "2015-ci ilin yekunlarına görə, 1,4 milyard manat xəzinə qalığı yaranıb".
 
"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
 
Nazirin sözlərinə görə, dünya iqtisadiyyatında baş verən prosesləri, 2014-cü ildə neftin ucuzlaşmağa başlaması və 2015-ci ildə də davam etdiyini nəzərə alaraq neftin büdcə xərclərində bəzi ixtisarların edilməsinə başlanılıb:

“Bu addımların atılması nəticəsində Azərbaycan Dövlət Neft Fondunun xarici valyuta ehtiyatlarının 2,2 milyard ABŞ dolları məbləğində qənaətinə nail olmuşuq. 2015-ci ilin təsdiq olunmuş büdcəsində 1,7 milyard manatlıq kəsir əvəzinə yalnız 633 milyon manat səviyyəsində kəsirlə icra olunub. Yəni, büdcənin xərclər hissəsində 1,1 milyard manata qənaət edilib. Bu vəsaitin 2016-cı ildə istifadə edilməsini nəzərdə tuturuq".
 
S. Şərifov əlavə edib ki, 2015-ci ilin gəlirlər hissəsi 88,2% xərclər üzrə 84,3% səviyyəsində icra olunub.
 





28.01.2016    çap et  çap et