525.Az

Lənkəran 15 yaşlı oğlan qohumunu baltalayıb


 

Lənkəran 15 yaşlı oğlan qohumunu baltalayıb<b style="color:red"></b> Lənkəran rayonunda yetkinlik yaşına çatmayan şəxs dəhşətli cinayət törədib.

Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Seyidəkəran kəndində 1997-ci il təvəllüdlü Əliyev Mirsəməd Loğman oğlu əmisi oğlu, 1982-ci il təvəllüdlü Əliyev Mehdi Bağır oğlunu baltalayıb. 16 yaşı tamam olmamış M.Əliyev balta ilə qohumuna ağır xəsarətlər yetirib. Zərbələrdən ən ağırı 31 yaşlı M.Əliyevin başına tuş gəlib. O ağır vəziyyətdə, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.
 
Hadisəni törətmiş yeniyetmə polis tərəfindən yaxalanıb. Onun yaxın qohumunu konkret hansı səbəbdən baltaladığı bəlli olmasa da, hadisənin şəxsi münasibətlər zəmində törədildiyi bildirilir.
 
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
 





25.01.2013    çap et  çap et