525.Az

"Yenilənmiş büdcədə 1,7 milyard manatlıq kəsirin yaranacağı gözlənilir"


 

"Yenilənmiş büdcədə 1,7 milyard manatlıq kəsirin yaranacağı gözlənilir"<b style="color:red"></b> 2016-cı ilin yenilənmiş dövlət büdcəsində Vergilər Nazirliyinin xətti ilə daxilolmalar təsdiq olunmuş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat az olacaq.
 

"APA-Economics" xəbər verir ki, bu barədə bu gün keçirilən mətbuat konfransında maliyyə naziri Samir Şərifov deyib.
 
Nazirin sözlərinə görə, bu ilin dövlət büdcəsində Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar təsdiqlənmiş büdcədə nəzərdə tutulduğundan təxminən 200 mln. manat çox olacaq.
 
Xatırladaq ki, 2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6,602 mlrd. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən daxilolmaların dövlət büdcəsində xüsusi çəkisi 10,9% olmaqla, 1,590 mlrd. manat proqnozlaşdırılıb.
 





28.01.2016    çap et  çap et